...

Əfqanıstan hökumətinin yeni tərkibi elan edilib

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 21:26 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstan hökumətinin yeni tərkibi elan edilib.

Trend-in Əfqanıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu "Taliban" hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, ölkənin baş naziri vəzifəsini molla Məhəmməd Həsən Axund icra edəcək.

Baş nazirin birinci müavini molla Əbdül Qani Baradar, ikinci müavini isə molla Əbdül Salam Hanafi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti