...

Fransanın 32 departamentində güclü yağışlara görə "narıncı" təhlükə səviyyəsi elan edilib

Dünya xəbərləri Materials 9 Sentyabr 2021 02:13 (UTC +04:00)
Fransanın 32 departamentində güclü yağışlara görə "narıncı" təhlükə səviyyəsi elan edilib

Bakı. Trend:

Güclü yağış və daşqın təhlükəsi səbəbindən Fransanın 32 departamentində "narıncı" hava təhlükə səviyyəsi elan edilib.

Trend-in məlumatına görə, bu barədə "Meteo France" Milli Meteorologiya Xidməti xəbər verib.

Məlumata əsasən, Jer departamentindən Mərkəz - Luara Vadisi regionu istiqamətində orta hesabla saatda 30-60 mm yağış, bəzi yerlərdə dolu düşüb.

Meteroloqlar bildiriblər ki, fırtına cəbhəsi şərqə doğru hərəkət edəcək və ölkənin cənubunda güclü yağışlar davam edəcək.

Gecənin ikinci yarısında Od və Tarn departamentlərində üç saat ərzində 120 mm-ə qədər yağıntı gözlənilir.

Xəbər lenti

Xəbər lenti