...

Lukaşenko Putinlə danışıqları səmimi və konstruktiv adlandırıb

Dünya xəbərləri Materials 10 Sentyabr 2021 04:19 (UTC +04:00)
Lukaşenko Putinlə danışıqları səmimi və konstruktiv adlandırıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşünü səmimi və konstruktiv adlandırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu A.Lukaşenko görüşdən sonrakı mətbuat konfransında deyib.

Belarus Prezidenti bildirib: "Nümayəndə heyətimizə verilən qəbula, həm də bugünkü görüşün son dərəcə səmimi, açıq və konstruktiv olmasına görə həmkarım, Rusiya Prezidentinə təşəkkürümü bildirirəm".

Əməkdaşlıq üzrə ikitərəfli yol xəritələrinin razılaşdırılmasından danışan A.Lukaşenko bunun üç ildir ki, başladığını xatırladıb: "Rusiya və Belarusda eşidilən şərhlərə, iddialara və tənqidlərə həqiqətən reaksiya verirdik".

V.Putin, öz növbəsində, danışıqlardan sonra bildirib ki, Moskva və Minsk iki dövlətin 28 ittifaq proqramının hamısını razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti