...

Xəzər dənizində gəmi saya oturub

Dünya xəbərləri Materials 11 Sentyabr 2021 15:07 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Xəzər dənizinin şimalında, Həştərxan vilayəti sahillərində içərisində 49 nəfərin olduğu teploxod saya oturub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti idarəsi bildirib.

Hadisə Volqa-Xəzər kanalının 120-ci kilometrində qeydə alınıb. Gəminin saya oturması nəticəsində xəsarət alanların olmadığı deyilir. Gəmidə yalnız heyət üzvləri olub.

Hadisə nəticəsində bölgədə gəmilərin hərəkəti dayandırılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti