...

Apple iki iPhone modelini satışdan çıxarıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2021 22:57 (UTC +04:00)
Apple iki iPhone modelini satışdan çıxarıb

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti yeni texnologiyanın təqdimatından bir gün sonra iPhone 12 Pro və iPhone XR smartfonlarını satışdan çıxarıb.

Trend-in məlumatına görə, sentyabrın 15-də müvafiq modellər şirkətin onlayn mağazasından silinib.

Qeyd edək ki, "Apple" şirkəti illik payız təqdimatında yeni iPhone 13 və iPhone 13 mini modellərini təqdim edib. ABŞ -da bu modellərin qiyməti müvafiq olaraq 799 və 699 dollardan başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti