...

Rusiyanın Kuril adaları yaxınlığında güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 21 Sentyabr 2021 03:15 (UTC +04:00)
Rusiyanın Kuril adaları yaxınlığında güclü zəlzələ baş verib

Bakı. Trend:

Sakit okeanında Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Simuşir adasından 86 kilometr cənub-şərqdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti