...

"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 00:51 (UTC +04:00)
"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib

Bakı. Trend:

ABŞ Nəqliyyat Nazirliyi "United Airlines" aviaşirkətini təyyarələrinin uzun müddət uçuş sahəsində qalmasına görə 1,9 milyon dollar cərimələyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ Nəqliyyat Nazirliyi bu gün təyyarələrin uzun müddət uçuş sahəsində qalmasını qadağan edən federal qanun və qaydaları pozduğuna görə "United Airlines" aviaşirkətini 1,9 milyon dollar cərimələyib".

Qeyd edilir ki, federal qanuna əsasən, göyərtəsində 30 və ya daha çox sərnişin olan və daxili uçuş həyata keçirən təyyarələr sərnişinləri endirmədən uçuş sahəsində 3 saatdan, beynəlxalq uçuşlar həyata keçirən təyyarələr isə 4 saatdan çox qala bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti