...

Əfqanıstanda məscid partladılıb - Onlarla həlak olan var

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 14:16 (UTC +04:00)
Əfqanıstanda məscid partladılıb - Onlarla həlak olan var

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti