...

Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 23:35 (UTC +04:00)
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var

Bakı. Trend:

Dağıstanın Babayurt rayonunda avtobus minik avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, bu barədə "TASS"a respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva deyib.

Məlumata əsasən, qəza nəticəsində 4 nəfər həlak olub. Ölənlərin hamısı bir avtomobildə olub.

Bildirilir ki, qəza 22:00-da baş verib. Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti