...

Çində partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 07:33 (UTC +04:00)
Çində partlayış olub, ölən və yaralananlar var

Bakı. Trend:

Çinin Şenyan şəhərində baş verən partlayış nəticəsində ən azı bir nəfər ölüb, 33 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə South China Morning Post qəzeti şəhərin yanğınsöndürmə xidmətinə istinadən bildirib.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə bina və avtomobilə ziyan dəyib.

İlkin məlumatlara görə, buna səbəb binalardan birində qaz sızması ola bilər. CGTN telekanalının verdiyi məlumata görə, partlayış restoranda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti