...

ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 04:38 (UTC +04:00)
ABŞ-da ticarət mərkəzində atışma olub, ölənlər və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.

Trend-in məlumatına görə, bu barədə yerli polis idarəsinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, atışma nəticəsində biri polis olmaqla azı altı nəfər xəssarət alıb: "Təəssüf ki, onlardan ikisi də həlak olub".

Nümayəndə əlavə edib ki, yaralanan polis əməkdaşı ölənlər arasında deyil.

Bildirilir ki, atış açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidenin araşdırılması ilə yerli polis idarəsi, Federal Təhqiqat Bürosu və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı maddələr Bürosu məşğul olur.

XXX

01:29

ABŞ-ın Boyse şəhərində (Aydaho ştatı) ticarət mərkəzində atışma olub.

Trend-in məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, naməlum şəxs ticarət mərkəzində odlu silahdan atış açıb. İnsident nəticəsində biri polis olmaqla, altı nəfər yaralanıb.

Hadisədən sonra bir nəfərin polislər tərəfindən saxlanıldığı deyilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti