...

İranda zəncirvari qəza olub, 20-dən çox şəxs yaralanıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 09:27 (UTC +04:00)
İranda zəncirvari qəza olub, 20-dən çox şəxs yaralanıb

Bakı. Elnur Bağışov - Trend:

Bu gün yerli vaxtla saat 05:00 radələrində İranın Kərəc-Qəzvin magistral yolunda 30 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, qəza nəticəsində indiyədək 21 nəfərin yaralandığı məlumdur.

Yaralılar təcili yardım avtomobilləri və helikopterlə xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti