...

Nigeriyada binanın çökməsi nəticəsində 20 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Noyabr 2021 01:24 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın Laqos şəhərində noyabrın 1-i tikintisi davam edən 21 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Agentliyindən bildiriblər.

Məlumata əsasən, ölənlərin sayı 20 nəfərə çatıb: "Biz daha 5 meyit aşkar etdik və ölənlərin sayı 20 nəfərə çatdı. Sağ qalanların sayı olduğu kimi qalır - 9 nəfər".

Qeyd edilir ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti