...

Pakistan 700 milyon dollardan artıq dəyərində ərzaq yardımı paketi elan edib

Dünya xəbərləri Materials 4 Noyabr 2021 08:33 (UTC +04:00)
Pakistan 700 milyon dollardan artıq dəyərində ərzaq yardımı paketi elan edib

Bakı. Trend:

Pakistanın Baş naziri İmran Xan ölkədə son qiymət artımı fonunda "Ehsaas" (Şəfqət) proqramı çərçivəsində növbəti altı ay ərzində 700 milyon ABŞ dollarından çox dəyərində ərzaq subsidiya paketi elan edib.

Trend xəbər verir ki, milli televiziya vasitəsilə xalqa müraciət edən İmran Xan, son qiymət artımının, əsasən, COVID-19 pandemiyası səbəbindən, beynəlxalq bazarda əmtəə qiymətlərində artıma səbəb olduğunu söyləyib. Yardım təxminən 20 milyon ailəni əhatə edəcək.

Paket çərçivəsində un, paxlakimilər və yağ alışı üçün subsidiyaların verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti