...

Haitidə yanacaq daşıyan maşın partlayıb - Onlarla ölü və yaralı var

Dünya xəbərləri Materials 14 Dekabr 2021 16:31 (UTC +04:00)
Haitidə yanacaq daşıyan maşın partlayıb - Onlarla ölü və yaralı var

Bakı. Orxan Nəbiyev - Trend:

Haitinin Kap-Aityen şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 40 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 47 nəfər xəsarət alıb.

Qeyd olunur ki, sisternin sürücüsü motosikletlə toqquşmadan qaçmağa çalışarkən qəzaya uğrayıb. Partlayış yerli sakinlərin yanacaq toplama maşının ətrafında olduqları vaxt baş verib.

Xəstəxanalarda yer çatışmazlığı olduğu üçün bir neçə yaralı xəstəxananın həyətində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti