Bakı. Orxan Nəbiyev - Trend:
Ukrayna gələn il Türkiyə ilə azad ticarət zonası yaratmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Biz Türkiyə ilə azad ticarət zonasını 2022-ci ildə prezident Rəcəb Tayyib Ərdoğanın səfəri zamanı rəsmiləşdirməyi planlaşdırırıq", - deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, Ukrayna və Türkiyə prezidentləri sentyabr ayında BMT-nin Baş Assambleyası çərçivəsində azad ticarət zonasının yaradılması üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəlmişdi.