...

Rusiyada 26 dərəcə şaxta var, dərslər dayandırılıb

Dünya xəbərləri Materials 25 Dekabr 2021 09:45 (UTC +04:00)
Rusiyada 26 dərəcə şaxta var, dərslər dayandırılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

Trend-in məlumatına görə, bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti