...

Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri 18 Yanvar 2022 21:26 (UTC +04:00)
Dünyada həftə ərzində 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 18 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb.

Trend xəbər verir ki, bunu çərşənbə axşamı Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizə aparan səhiyyə üçün yaxın bir neçə həftə kritik olacaq. Baş direktor bildirib ki, koronavirusun omikron ştammı bütün dünyada sürətlə yayılmağa davam edir.

"Ölənlərin sayı hələlik stabil olaraq qalır, lakin biz "omicron"-un artıq həddindən artıq yüklənmiş səhiyyə sistemlərinə təsirindən narahatıq", - deyə T. Qebreyesus vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti