...

Livanın cənubundan İsrail istiqamətində raket atılıb

Dünya xəbərləri 20 Yanvar 2022 03:30 (UTC +04:00)
Livanın cənubundan İsrail istiqamətində raket atılıb

Bakı. Trend:

Naməlum silahlılar Livanın cənubundan İsrail ərazisi istiqamətində ən azı bir raket atıblar.

Trend-in məlumatına görə, bu barədə "El Nashra" portalı xəbər verib.

Məlumata əsasən, reaktiv atəş qurğusu Tira limanının cənubundakı Azziya rayonunda yerləşib.

Bildirilib ki, atılan raket hədəfə çatmadan dənizə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti