...

NATO Aralıq dənizində təlimlərə başlayır

Dünya xəbərləri 22 Yanvar 2022 01:39 (UTC +04:00)
NATO Aralıq dənizində təlimlərə başlayır

Bakı. Trend:

NATO Aralıq dənizində ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinin iştirakı ilə böyük hərbi təlim keçirəcək.

Trend xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O, “Neptun-22” adlı təlimlərin plana uyğun keçirildiyini vurğulayıb.

"Harry Truman aviadaşıyıcı həmlə qrupu NATO-nun əməliyyat nəzarəti altına alınacaq və o çoxdan planlaşdırılan təlimin mərkəzi elementi olacaq", - Kirbi bildirib. Onun sözlərinə görə, manevrlər zamanı hərbçilər “uzaq mənzilli zərbələr” və sualtı qayıqlara qarşı döyüş texnikalarını işləyəcəklər.

Yanvarın 24-ü başlayacaq və fevralın 4-dək davam edəcək təlimlərdə daha bir neçə NATO ölkəsi iştirak edəcək, lakin Pentaqonun sözçüsü onların adlarını açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti