...

ABŞ Əfqanıstan səfirliyini bağlayaraq, diplomatları toxunulmazlıqdan məhrum etmək niyyətindədir

Dünya xəbərləri Materials 27 Yanvar 2022 04:11 (UTC +04:00)
ABŞ Əfqanıstan səfirliyini bağlayaraq, diplomatları toxunulmazlıqdan məhrum etmək niyyətindədir

Bakı. Trend:

ABŞ hökuməti Əfqanıstanın bu ölkədəki diplomatlarına məlumat verib ki, onlar Vaşinqtondakı səfirliyi, Los-Anceles və Nyu-Yorkdakı konsulluqlarını bağlamaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Al Arabiya telekanalına məlumatlı mənbə bildirib.

Qeyd olunur ki, həftənin əvvəlində əfqan diplomatlara göndərilən məlumatda deyilir ki, əfqan diplomatlar diplomatik toxunulmazlıqdan məhrum ediləcəklər.

Vaşinqtonun bu addımı ABŞ-ın Əfqanıstandan xaotik çıxarılmasından və Kabilin Talibanın əlinə keçməsindən altı aydan az bir müddət sonra atılıb. Lakin Əfqanıstanın ABŞ-dakı səfirliyindəki diplomatlar Talibanı tanımaqdan imtina edərək, hərəkatın onlarla əlaqə qurmaq cəhdlərini rədd ediblər.

Taliban ABŞ daxil olmaqla, dünya ölkələrinin əksəriyyəti tərəfindən tanınmayıb. Bununla belə, Norveç bu həftə Talibanı Qərb rəsmiləri ilə görüşlər üçün qəbul edib. ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Almaniya, İtaliya və Aİ rəsmiləri Osloda Talibanla görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti