...

Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Dünya xəbərləri Materials 30 Yanvar 2022 03:56 (UTC +04:00)
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Bakı. Trend:

Şimali Koreya bazar günü Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya ordusunun Birləşmiş Qərargah Rəisləri komitəsi yayıb.

Qeyd edək ki, bu artıq KXDR-in bu il həyata keçirdiyi yeddinci buraxılışdır.

Yaponiya Sahil Mühafizəsi də ehtimal olunan ballistik raket buraxılışı ilə bağlı məlumatı təsdiqləyib. Agentlik ərazidəki balıqçı qayıqlarına raket qalıqlarının düşmə riski barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti