...

Meksikada yol qəzası nəticəsində azı 12 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Yanvar 2022 04:32 (UTC +04:00)
Meksikada yol qəzası nəticəsində azı 12 nəfər ölüb

Bakı. Trend:

Meksikanın Xalisko ştatında sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Xalisko Mülki Müdafiə və Yanğından Mühafizə Departamenti Twitter-də bildirib ki, avtomobil turist heyətini daşıyırmış və Laqos de Moreno bələdiyyəsi ərazisində Leon-Aquascalientes magistralının 35-ci kilometrliyində aşıb.

Dövlət Mülki Müdafiə İdarəsinin regional komandiri Neftali Quillen bildirib ki, qəza nəticəsində 8 kişi və 4 qadın həlak olub, onlardan ikisi azyaşlı olub.

Bildirilir ki, Xalisko ştatı Meksikada yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayına görə üçüncü ərazi vahididir. Keçən il ştatda yol-nəqliyyat hadisələri nəticəsində 1015 ölüm hadisəsi qeydə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti