...

Belçika COVID-19 ilə bağlı pik yoluxma hallarını keçib

Dünya xəbərləri Materials 5 Fevral 2022 03:28 (UTC +04:00)
Belçika COVID-19 ilə bağlı pik yoluxma hallarını keçib

Bakı. Trend:

Belçikada epidemioloji vəziyyətin yaxşılaşması əlamətlərinə baxmayaraq, COVID-19 ilə bağlı məhdudiyyətləri qaldırmağa tələsmək olmaz.

Trend-in məlumatına görə, bu barədə Belçika Tibb Administrasiyasının COVID-19 ilə mübarizə üzrə rəsmi nümayəndəsi Stiven Van Qüxt deyib.

Virusoloq bildirib ki, ilk növbədə xəstəxanaların, həm də iş yerlərinin, məktəblərin üzərinə düşən yük ağır olaraq qalır:

"Hər şeyi bir anda buraxmaq təhlükəli olardı, tədricən yumşaldılmalara getmək daha məqsədəuyğun olardı".

Eyni zamanda, o, "olduqca optimistdir" və ümid edir ki, fevralda məhdudiyyətlərin yumşaldılması ola bilər.

Laboratoriya tərəfindən təsdiqlənmiş hallara istinad edərək, Van Qüxt ölkədə koronavirusun "Omicron" ştammı ilə yoluxmaların artımının yanvarın sonunda keçdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti