...

Türkiyə ordusu İraqın şimalında bir gündə 13 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 19 Fevral 2022 23:38 (UTC +04:00)

Bakı. Trend:

Son 24 saat ərzində Türkiyə artilleriyasının endirdiyi zərbələr nəticəsində İraqın şimalında öldürülən PKK terrorçularının sayı 13-ə çatıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatl Türkiyə Millli Müdafiə Nazirliyi yayıb.

Daha əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti