...

Ukrayna hərbçilərin Rusiya ərazisinə daxil olması barədə məlumatı təkzib edib

Dünya xəbərləri Materials 21 Fevral 2022 17:30 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya tərəfinin ukraynalı hərbçilərin Rusiya ərazisinə daxil olması ilə bağlı yaydığı məlumatı təkzib edib.

Trend-in məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Rusiya tərəfinin açıqladığı məlumatlar təxribat xarakteri daşıyır. Hər hansı bir insidentlə əlaqədar Rusiya tərəfindən heç bir qeyri-adi vəziyyət barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Rusiya Müdafiə Naziriyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, fevralın 21-də səhər saatlarında Ukrayna ərazisindən daxil olan qrupla sərhədçilər arasında atışma baş verib. Nəticədə qruplaşmanın üzvləri zərərsizləşdirib. İki piyada döyüş maşını (PDM) isə Rusiya ordusu tərəfindən məhv edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti