...

İranda ötən sutka koronavirusdan 223 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Fevral 2022 15:03 (UTC +04:00)
İranda ötən sutka koronavirusdan 223 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 22 073 nəfər koronavirusa (COVID-19) yoluxub, 223 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 135 499 nəfərə, yoluxanların sayı isə 6 983 635 nəfərə çatıb. Virus daşıyıcılarından 3 918 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 539 783 nəfər koronavirusdan sağalıb, 46,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 140 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 22,5 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti