...

Avropa Komissiyasının sədri Ukraynanın Avropa İttifaqına daxil olmasını istəyib

Dünya xəbərləri Materials 28 Fevral 2022 06:05 (UTC +04:00)
Avropa Komissiyasının sədri Ukraynanın Avropa İttifaqına daxil olmasını istəyib

Bakı. Trend:

Ukrayna Avropa İttifaqına daxil olmalıdır.

Trend-in məlumatına görə, bu barədə "Euronews" telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Müxbirin Avropada on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Avropa İttifaqına qəbul olunmasını tələb edərək Ukraynaya dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verdiyi barədə sualına Ursula fon der Lyayen deyib:

"Ukrayna artıq bəzi proseslərə daxil edilib, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq. Bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa İttifaqında görmək istəyirik", - deyə o qeyd edib.

Volodimir Zelenski də bu gün Ursula fon der Leyen ilə söhbəti zamanı Kiyevin Avropa İttifaqına üzvlük perspektivlərini müzakirə edib. Bu barədə V.Zelenski öz "Twitter" səhifəsində bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti