...

Rusiyada "Facebook" bloklanıb

Dünya xəbərləri Materials 4 Mart 2022 22:35 (UTC +04:00)
Rusiyada "Facebook" bloklanıb

Bakı. Trend:

"Roskomnadzor" Rusiya media hesablarının bloklanmasına cavab olaraq "Facebook" sosial şəbəkəsini bloklamaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə qurumun internet saytında məlumat yerləşdirilib.

Vurğulanır ki, "Roskomnadzor" 2022-ci il martın 4-də Rusiya Federasiyasında “Facebook” şəbəkəsinə (Meta Platforms, Inc.-ə məxsus) girişi bloklamaq qərarına gəlib.

Roskomnadzor bildirir ki, 2020-ci ilin oktyabr ayından bəri "Facebook" tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti