...

Ukrayna tərəfi Rusiya ilə danışıqların martın 14-ü davam edəcəyini təsdiqləyib

Dünya xəbərləri Materials 14 Mart 2022 03:11 (UTC +04:00)

Bakı. Trend:

Martın 14-də Ukrayna-Rusiya danışıqlarının ilkin nəticələrinə yekun vurulacaq danışıqlar sessiyası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak özünün "Twitter" səhifəsində yazıb.

"Bir daha. Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daimi çalışırlar. Çox sayda məsələlər daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrə yekun vurulacaq danışıqlar sessiyası keçiriləcək", - deyə M.Podolyak bildirib.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında danışıqların martın 14-ü videoformatda davam edəcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti