...

Yaponiyada zəlzələ səbəbindən 1 minə yaxın ev sudan məhrum qalıb

Dünya xəbərləri Materials 21 Mart 2022 08:17 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Fukusima prefekturasında güclü zəlzələ səbəbindən ən azı 1000 ev sudan məhrum qalıb.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Qeyd olunur ki, suyun verilişi bərpa edildikdən sonra da yerli sakinlər ondan dərhal istifadə edə bilməyəcəklər, çünki su çirklənmə baxımından yoxlanılmalıdır.

Xatırladaq ki, martın 16-dan 17-nə keçən gecə bu ərazidə 7,3 bal gücündə güclü zəlzələ baş verib. Nəticədə ən azı 3 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti