Bakı. Trend:
ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqi arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Onun sözlərinə görə, liderlər Ukraynada atəşkəsə nail olmaq üçün diplomatik səyləri, həmçinin Kiyevə humanitar və hərbi yardımı müzakirə ediblər.