...

Zelenski-Putin görüşü Ukraynada sülhün açarıdır - Podolyak

Dünya xəbərləri Materials 22 Mart 2022 13:48 (UTC +04:00)
Zelenski-Putin görüşü Ukraynada sülhün açarıdır - Podolyak

Bakı. Trend:

Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər işlənib hazırlandıqda baş tuta bilər.

Trend xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri, nümayəndə heyətləri səviyyəsində danışıqların iştirakçısı Mixailo Podolyak deyib.

"İstənilən fundamental qərarlar yalnız iki ölkə - Rusiya Federasiyası və Ukrayna prezidentlərinin görüşündə qəbul edilə bilər.

Şübhəsiz ki, belə bir görüş sülhün açarıdır. O, hazırlanır və hazırlanacaq, bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz var, müharibənin qaynar fazasının sona çatmasında maraqlı olan bir çox ölkələr var. Danışıqlar prosesi çərçivəsində işçi qrupları yaradılanda bəzi ilkin sənədlər hazırlanıb prezidentlərə veriləcək, onlar bunu qiymətləndirəcəklər, bu, artıq bir yol xəritəsidir ki, üzbəüz müzakirə oluna, sonra bu görüş baş tuta bilər”, - Podolyak bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti