Bakı. Trend:
Martın 27-si üçün Ukraynada hərbi əməliyyatlar nəticəsində 139 uşaq ölüb, 205-dən artıq uşaq isə xəsarət alıb.
Trend "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, Kiyev vilayətində 65 uşaq, Xarkov vilayətində - 45, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 29, Luqansk vilayətində - 25, Zaporojye vilayətində - 19, Xerson vilayətində - 21, paytaxtda - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14 uşaq ölüb və ya xəsarət alıb.