Bakı. Trend:
Pakistanın kəşfiyyat xidmətləri baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıblar.
Trend-in məlumatına görə, bu barədə informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən "Dawn" qəzeti xəbər yayıb.
"Bu məlumatlardan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib", - deyə nazir bildirib.