...

İranda daha 38 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 3 Aprel 2022 17:06 (UTC +04:00)
İranda daha 38 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 1 275 nəfər koronavirusa (COVID-19) yoluxub, 38 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 140 315 nəfərə, yoluxanların sayı isə 7 167 646 nəfərə çatıb. Virus daşıyıcılarından 1 667 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 886 942 nəfər koronavirusdan sağalıb, 49,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 147 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,2 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti