...

Pakistan parlamentində hökumətə etimadsızlıq səsverməsi gün ərzində ikinci dəfə təxirə salınıb

Dünya xəbərləri Materials 9 Aprel 2022 17:02 (UTC +04:00)
Pakistan parlamentində hökumətə etimadsızlıq səsverməsi gün ərzində ikinci dəfə təxirə salınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan parlamentində hökumətə etimadsızlıq səsverməsi gün ərzində ikinci dəfə təxirə salınıb.

Trend-in məlumatına görə, səsvermə axşam saatlarında bərpa olunacaq.

Qeyd edək ki, İmran Xan hökumətinə qarşı etimadsızlıq səsverməsi bu gün səhər saatlarına təyin olunsa da, əvvəlcə bir neçə saatlıq təxirə salınmış, daha sonra axşama keçirilmişdi.

Xatırladaq ki, ötən həftə baş nazir İmran Xan parlamenti buraxdığını elan etmiş, daha sonra istefaya yollanmışdı.

Pakistan Konstitusiya məhkəməsi ilə bir neçə gün sonra parlamentin buraxılması qərarını qanunsuz hesab etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti