Bakı. Trend:
İndoneziyanın Papua əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi Cayapura şəhərindən 131 kilometr cənub-qərbdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.