...

Pakistanın şimal-qərbində 5 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 10 Aprel 2022 20:57 (UTC +04:00)

Bakı. Trend:

Bazar günü Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu şəhərində polislə terrorçular arasında atışma nəticəsində 5 terrorçu öldürülüb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, polis şəhərdə terrorçuların olması ilə bağlı məlumat əsasında Terrorla Mübarizə İdarəsi ilə birgə əməliyyat keçirib.

Atışma zamanı 5 terrorçu öldürülüb, bəziləri isə sutkanın qaranlıq vaxtına təsadüf etdiyindən qaçmağa müvəffəq olub. Onların tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Bildirilir ki, terrorçulardan çoxlu sayda silah və sursatın götürülüb. Öldürülən terrorçuların qadağan olunmuş "Təhrik-e-Taliban Pakistan" qruplaşmasının üzvləri olduğu bildirilir. Onlar məqsədyönlü qətllər, bomba partlayışları və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti