Bakı. Trend:
Rusiyalı iş adamı Roman Abramoviç Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə töhfə vermək üçün Kiyevə gədib.
Trend-in məlumatına görə, bu barədə "Fortune" jurnalı mənbələrə istinadən bildirib.
Bildirilib ki, R.Abramoviç "danışıqları canlandırmaq yollarını müzakirə etmək" üçün Ukrayna tərəfinin nümayəndələri ilə görüşüb. Nəşr iş adamının Kiyevə bu səfərin nə vaxt baş tutduğu barədə məlumat verməyib.