Bakı. Trend:
Türkiyənin Bursa vilayətində penitensiar xidmət əməkdaşlarını aparan avtobusa hücum edilib.
Trend-in məlumatına görə, avtobusun partladılması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Bölgə hərəkət üçün bağlanıb.
Hadisə yerinə gələn Bursa valisi Yaqub Canbolat partlayışın terror aktı kimi dəyərləndirildiyini bildirib.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb, hazırda hadisəni törədənlər müəyyənləşdirilir.