...

Fransada seçkiqabağı debat izləyicilərinin əksəriyyəti Makronu daha inandırıcı hesab edib

Dünya xəbərləri Materials 21 Aprel 2022 05:49 (UTC +04:00)
Fransada seçkiqabağı debat izləyicilərinin əksəriyyəti Makronu daha inandırıcı hesab edib

Bakı. Trend:

Fransada prezident seçkiləri çərçivəsində teledebatları izləyənlərin yarıdan çoxu (59%) namizədliyini irəli sürən hazırki ölkə başçısı Emmanuel Makronun rəqibi Marin Le Pendən daha inandırıcı olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə yerli BFM TV apardığı sorğunun nəticələrinə əsasən məlumat verib.

"Emmanuel Makron izləyicilərin 59%-i tərəfindən bu debatlarda daha inandırıcısı hesab edilib. Marin Le Pen tamaşaçıların 39%-nin rəğbətini qazanıb", - telekanal bildirib.

Təxminən iki faiz izləyici hər-hansı qərar qəbul etməkdə çətinlik çəkib.

Teledebatlar 2 saat 50 dəqiqə davam edib.

Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkidə 12 namizəd iştirak edib. Hazırki ölkə başçısı 27,84%, onun əsas rəqibi Marin Le Pen isə 23,15% səs toplayıb. Prezident seçkiləri çərçivəsində ikinci tur səsvermə aprelin 24-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti