...

Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb - BMT

Dünya xəbərləri Materials 11 May 2022 19:14 (UTC +04:00)
Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb - BMT
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyası bildirib.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, bu müddət ərzində iri quraqlıqlar 23 dövlətin ərazisində qeydə alınıb, daha çox Afrika və Asiya ölkələrinin payına düşüb.

Son iki onillikdə quraqlıqlardan dəyən ümumi ziyanın həcmi 124 milyard dollar səviyyəsində qiymətləndirilir.

BMT ekspertləri proqnozlaşdırır ki, 2030-cu illərin əvvəlinədək dünya əhalisinin 700 milyon nəfəri "iqlim qaçqınına" çevrilə bilər, 21-ci əsrin ortalarında isə əhalinin 70 faizə yaxını daimi və ya uzunmüddətli quraqlardan əziyyət çəkə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti