...

"Apple" kompüterlərinin istifadəçiləri yeni "WhatsApp" tətbiqi əldə edəcəklər

Dünya xəbərləri Materials 13 May 2022 00:15 (UTC +04:00)
"Apple" kompüterlərinin istifadəçiləri yeni "WhatsApp" tətbiqi əldə edəcəklər

Bakı. Trend:

“WhatsApp” messencerinin tərtibatçıları “macOS” sistemində işləyən kompüterlər üçün tətbiq yaratmaq üzərində işləyirlər.

Trend-in məlumatına görə, bu barədə "WABetaInfo" xəbər portalı bildirib.

Proqram təminatı istifadəçilərə smartfonlarını kompüterlərində "WhatsApp"a qoşmağa imkan verəcək. Eyni zamanda, telefonun hansı OS-də işləməsinin əhəmiyyəti yoxdur - həm iPhone, həm də Android smartfonlarını qoşmaq mümkündür.

“macOS” sistemi üçün versiyası hələ də inkişaf mərhələsindədir və hətta beta testerləri üçün əlçatan deyil. Yeni tətbiqin buraxılış tarixi hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti