...

Quraqlıq Fransada aclığa səbəb ola bilər

Dünya xəbərləri Materials 15 May 2022 06:32 (UTC +04:00)
Quraqlıq Fransada aclığa səbəb ola bilər

Bakı. Trend:

Avropanın ən çox qida çəhsulları istehsal edən ölkəsi olan Fransada rekord quraqlıq müşahidı olunur.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, ölkədə ardıcıl 50 gündür ki, yağış yağmır. Bütün kənd təsərrüfatı sahəsi misli görünməmiş bir fəlakət astanasındadır.

Problemə hətta ölkə prezidenti Emmanuel Makron toxunub.

"Bəli, böhran olacaq, ərzaq qıtlığı olacaq, biz bunu başa düşürük. Hələ il yarım vaxtımız var, sonra bu baş verəcək", - Makron bildirib.

Lakin fransız iqtisadçıları bunun daha tez baş verə biləcəyini istisna etmirlər.

"Məhsulun itkisi böyük itki olacaq. Bu çörəyin qiymətinə və bütün qida zəncirinə kəskin şəkildə təsir edəcək. Düşünürəm ki, artıq yayda ciddi problemlərlə üzləşəcəyik", - Fransanın şimalının aqrar-sənaye komitəsinin rəhbəri Kristian Durlin bildirib.

Ərzaq və su çatışmazlığı təhlükəsi fonunda hakimiyyət qazonların, həyətyanı sahələrin və şəxsi bağların suvarılmasını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti