...

Portuqaliyada Abramoviçin 10 milyon avroluq malikanəsinə həbs qoyulub

Dünya xəbərləri Materials 15 May 2022 08:34 (UTC +04:00)

Bakı. Trend:

Rusiyalı milyarder Roman Abramoviçin Portuqaliyanın cənubunda yerləşən Alqarve bölgəsindəki 10 milyon avroluq malikanəsinə həbs qoyulub.

Trend xəbər verir ki, bu barədə “Publico” qəzeti yazır.

Məlumata görə, Abramoviçin investisiya holdinqinə məxsus “Millhouse Views” MMC bu əmlakı satmağa cəhd etsə də, Portuqaliyanın "Caixa Geral de Depositos" bankı bu barədə ölkə polisinə məlumat verib.

Qeyd olunur ki, martın 25-dən R.Abramoviçin əmlakına həbs Xarici İşlər Nazirliyinin tələbi ilə qoyulub.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Roman Abramoviç, o cümlədən onun "Çelsi" klubu Avropa İttifaqı və Böyük Britaniyanın sərt sanksiyalarına məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti