...

"Tesla" Çində 107 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 16 May 2022 19:36 (UTC +04:00)
"Tesla" Çində 107 mindən çox avtomobili geri çağırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Tesla" şirkəti Çin bazarında 107,2 mindən çox elektromobili geri çağırır.

Trend-in məlumatına görə, bu barədə Çinin Bazarlara Nəzarət Dövlət İdarəsi bildirib.

Qeyd olunur ki, geri çağırılma 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinədək Şanxay zavodunda istehsal olunmuş "Model 3" və "Model Y" avtomobillərinə şamil olunur.

Məlumata əsasən, həmin avtomobillərdə mərkəzi sensor ekranlarında avtomobilin enerji yığması zamanı qüsurlara meydana çıxa bilər. Bu isə öz növbəsində sürücü və sərnişinlərin təhlükəsizliyinə təhdid yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti