...

Pakistan partlayış nəticəsində azə 13 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 17 May 2022 05:42 (UTC +04:00)
Pakistan partlayış nəticəsində azə 13 nəfər xəsarət alıb

Bakı. Trend:

Pakistanın cənubundakı Karaçi limanında partlayış baş verib, polislər də daxil olmaqla ən azı 13 nəfər yaralanıb.

Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, partlayış Sind əyalətinin Cinnah yolu yaxınlığında baş verib və əsas hədəf polis avtomobili olub.

Polis ilkin araşdırmaya görə, partlayıcı maddənin motosikletə yerləşdirildiyini bildirib.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri və xilasetmə qrupları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar, yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışa görə məsuliyyəti heç bir qrup və ya şəxs hələlik öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti