...

ABŞ Dövlət Departamenti Misirə 2,6 milyard dollar dəyərində 23 helikopter və avadanlıq satışını təsdiqləyib

Dünya xəbərləri Materials 27 May 2022 04:58 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Misirə 2,6 milyard dollar dəyərində 23 helikopter və avadanlıq satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Misirə 23 ədəd "Boeing CH-47 Chinook" hərbi-nəqliyyat helikopterinin və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə "Defence Daily" qəzeti məlumat yayıb.

Potensial müqavilə 2,6 milyard dollar dəyərində qiymətləndirilir. Avadanlıqlara "T-55-GA-714A" mühərrikləri, "INS/GPS" naviqasiya sistemləri, özünümüdafiə sistemləri və "M-240" pulemyotları daxildir.

Müdafiə və Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi (DSCA) xaricə silah satmaq qərarı barədə Konqresə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti