...

BMT Türkiyənin beynəlxalq adının "Türkiye" olaraq dəyişdirilməsini təsdiqləyib

Dünya xəbərləri Materials 1 İyun 2022 23:12 (UTC +04:00)

Bakı. Trend:

BMT Türkiyənin xarici dillərdə yazılış qaydasını "Türkiye" formasında dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin edib.

Trend xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə BMT-nin baş katibi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş Türkiyənin xarici işlər nazirindən ölkə adının yazılış qaydasının dəyişdirilməsi ilə bağlı bildiriş alıb. Düjarrik bildirib ki, ölkənin adındakı dəyişiklik məktubun alındığı andan qüvvəyə minəcək.

Beləliklə, bundan sonra ölkənin adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Turkey, Turkei, Turquie və s.) "Türkiye" kimi istifadə olunacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında Ankaranın BMT-yə ölkənin adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət göndərdiyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti